Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsini elan edir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) Azərbaycan Respublikası Mədəniyət Nazirliyi (bundan sonra – Nazirlik) ilə birgə keçirdiyi qrant müsabiqəsində (bundan sonra
-
müsabiqə) Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-ləri iştirak etməyə dəvət edir.
Şura və Nazirlik “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
№ |
Müsabiqə mövzusunun adı |
Bir layihə üçün maksimum məbləğ |
Maliyyələşməsi nəzərdə tutulan layihə sayı |
1 |
Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
4-dək layihə |
2 |
Regionlarda mədəniyyətin inkişafına dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
4-dək layihə |
3 |
Muzeylər, kitab işi və xalq yaradıcılığının inkişafına dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
4-dək layihə |
Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.
Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.
Müsdabiqə fondu və maliyyələşəcək layihələrin sayı
-
Müsabiqə fondu 100000 (yüz min) manat təşkil edir.
-
12-dək layihənin maliyyələşməsi nəzərdə tutulur.
Qeyd:
-
2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqə mərhələləri
Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:
-
1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;
Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.
-
2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;
Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT- yə elektron bildiriş göndərilir.
-
3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;
Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar
və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.
Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra
Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.
Əlavə məlumat:
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 26 noyabr 2019-cu il, saat 11:00-da Azərbaycan Milli Kitabxanasının inzibati binasında (Bakı şəhəri, Xaqani küçəsi 31) keçiriləcək.