Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-cü bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 1 mart 2019-cu il tarixinədək Mədəniyyət və Nazirliyi müsabiqə elan etmişdir.
Müsabiqə Komissiyasına təqdim olunmuş 58 tədbir layihəsi təhlil edilərək aşağıda qeyd olunan layihələr qalib seçilmişdir:
“Təkamül və İnteqrasiya” beynəlxalq ictimai birliyinin
“Regionlarda xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi” adlı layihəsi;“YeniSi” Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi ictimai birliyinin “Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının və Sosial Media üsullarının tətbiqi” adlı layihəsi;
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” adlı layihəsi;
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” ictimai birliyinin “Qobustan tarixi –mədəni irsimiz, daş yaddaşımızdır” adlı layihəsi;
“Xan Şuşinski” Fondunun “Regionlarda musiqi gecələrinin və bu çərçivədə böyük ustad Seyid Şuşinskinin yubileyinin keçirilməsi” adlı layihəsi;
“Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyinin “Vikipedia vasitəsilə Azərbaycan mədəniyyətinin təbliği” adlı layihəsi;
Beynəlxalq “Avrasiya” mətbuat fondunun “Mədəni irsimizin səsi” adlı layihəsi;
“Sumqayıt tələbələri” ictimai birliyinin “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” adlı layihəsi;
“Tərəqqi” sosial tədqiqatlar ictimai birliyinin “Maddi və qeyri-maddi irsimizin qorunması və təbliğ olunması məqsədilə milli rəqslərimizin, muğam, aşıq sənətinin qorunması və təbliği” adlı layihəsi;
“Sosial-Iqtisadi və Ekoloji İnkişaf” ictimai birliyinin “Mədəni irsimizin məhv edilmiş inciləri” adlı layihəsi;
“Kamillik” vətəndaşların hüquqi maarifləndirilməsi ictimai birliyinin “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin yaradılması” adlı layihəsi;
“Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyinin “Mədəniyyət məhdudiyyət tanımır” Oğuz, Qax, Şəki, Zaqatala, Balakən, Gəncə, Göygöl rayonlarında “Sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması sahəsində mədəniyyət və tarixi abidələrə səyahət” adlı layihəsi.