Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2828

“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri” kitabının təqdimat mərasimi keçirilib

Aprelin 7-də Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” (“Müasir dövrdə Nizami mədəni irsinin təfsiri”) kitabının təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq kitabxanada  artıq “Nizami Gəncəvi İli”ndə dahi şair və mütəfəkkirə həsr olunan bir çox tədbirin keçirildiyini vurğulayıb. Qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanı dünyaya tanıdan ən görkəmli şairimizdir. Nizami Gəncəvinin yaradıcılığı humanizmi, yüksək sənətkarlığı ilə dünya ədəbiyyatına öz təsirini göstərib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəvi irsinə dair əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin surətlərinin ölkəmizə gətirilməsi istiqamətində işləri davam etdirir. Bu məqsədlə Türkiyə, Çexiya, Misir və digər ölkələrdən Nizami əsərlərinin digital versiyalarının gətirilməsi işi həyata keçirilir.

Kərim Tahirov “Müasir dövrdə Nizami mədəni irsinin təfsiri” kitabının nəşrini yüksək qiymətləndirərək onun Nizaminin 880 illik yubileyinə dəyərli töhfə olduğunu bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) Himayəçilər Şurasının sədri, mədəniyyət nazirinin müşaviri Elnur Əliyev çıxış edərək bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis olunduğu gündən dahi şairin şəxsiyyətinin dünyaya, beynəlxalq arenaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir. Mərkəz Nizami irsinin öyrənilməsi və təbliği istiqamətində dünyanın nüfuzlu nizamişünas alimləri və şərqşünasları ilə əməkdaşlıq edir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas istiqamətlərindən biri də beynəlxalq səviyyədə istinad oluna biləcək Nizami yaradıcılığı ilə bağlı kitabların nəşridir. Bu gün təqdim etdiyimiz nəşr də bu məqsədə xidmət edir”.

Təqdimat mərasiminə İngiltərədən, Almaniyadan, Misirdən və digər ölkələrdən nizamişünas alimlər onlayn formatda qatılıblar. Kembric Universitetinin (Böyük Britaniya)Yaxın Şərq tədqiqatları kafedrasının rəhbəri doktor Kristin van Rimbeki, Kəşmir Universitetinin (Hindistan) islamşünaslıq üzrə professoru Nasim Əhməd Şah, Humboldt Universiteti (Almaniya) Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, həmin institutla Kembric Universitetinin birgə həyata keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” beynəlxalq layihəsinin icraçısı, professor İrma Ratiani və professor Maka Elbakidze tədbirdə çıxış ediblər.

Tədbirə onlayn formatda qoşulan Nizami Gəncəvi irsinin tanınmış tədqiqatçısı, Gəncə Dövlət Universitetinin professoru Xəlil Yusifli təqdimat mərasiminin təşkilinə görə Milli Kitabxanaya, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli kitabın nəşrində əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirib. Nizami haqqında belə bir tərtibatda kitabın xarici dildə nəşrini yüksək qiymətləndirən akademik, yeni nəşri mütəfəkkir şairin beynəlxalq aləmdə daha geniş tanınmasına töhfə verəcəyini qeyd edib.

Daha sonra tədbirdə Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, şərqşünas, filologiya üzrə elmlər doktoru Nəsib Göyüşov, teatrşünas, professor Aydın Talıbzadə və “Mədəniyyət/culture” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın çıxışları dinlənilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb