Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2840

Professor Fərid Ələkbərli vəfat edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Urxan oğlu Ələkbərli aprelin 7-də, 57 yaşında vəfat edib.

Fərid Ələkbərli 1964-cü il yanvarın 3-də Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhər 134 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsinə daxil olub. 1986-cı ildə təhsilini başa vuraraq təyinatla Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda (hazırda Əlyazmalar İnstitutu) işə başlayıb. Orta əsrlərin tibbə dair əlyazmaları üzərində tədqiqat aparıb.

Fərid Ələkbərli 1988-1989-ci illərdə Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" (1712) və Məhəmməd Möminin "Töhfətül-möminin" (1669) əsərlərini tədqiq edib. 1992-ci ildə "Orta əsr (XII-XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edib.

1993-1994-ci illərdə Milli Məclisin nəzdində Sosioloji Tədqiqatlar Mərkəzində еkspеrt vəzifəsində çalışıb.

1998-ci ildə "Orta əsr (X-XVIII əsrlər) ərəb yazılı mənbələri Azərbaycanda sağlamlığın qorunması haqqında" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 2003-cü ildə Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin (sonradan Beynəlxalq əlaqələr şöbəsi adlandırılıb) müdiri təyin edilib.

Fərid Ələkbərli 2004-cü ildə mənzil-qərargahı Parisdə yеrləşən Dünya Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə hеyətinin üzvü sеçilib. 2004-2005-ci illərdə AMEA Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı Proqramına daxil edilməsi layihəsi üzərində çalışıb. Nəticədə 2005-ci ildə ilk dəfə olaraq Azərbaycana məxsus Orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından üç nadir əlyazma) UNESCO-nun Dünya yaddaşı siyahısına daxil edilib.

2004-cü ildə həmkarları ilə birlikdə ölkəmizdə tibb tarixini öyrənən ilk qurum – Azərbaycan Tibb Tarixçiləri Birliyini yaradan alim birliyin prezidenti seçilib.

2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən keçirilmiş ölkəmizdə tibb tarixinə aid ilk beynəlxalq tədbirin – Orta əsr əlyazmalarında ənənəvi tibb və əczaçılıq mövzusunda konfransın təşkil olunmasında yaxından iştirak edib.

Fərid Ələkbərli 2011-2013-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə Vatikan Apostol Kitabxanası və Vatikan Məxfi Arxivində araşdırmalar aparıb, Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar edərək onların surətlərini ölkəmizə gətirib.

Azərbaycan elmi ictimaiyyəti professor Fərid Ələkbərlini nüfuzlu alim və səmimi insan kimi xatırlayacaq.

Allah rəhmət eləsin.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb