Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2105

İNTERACT Online ikinci mövsümü ilə qayıdır!

Bu mövsüm SSENARİ mövzusuna fokuslanıb.

Ssenari sənətinin ən xırda incəliklərini öyrənmək, məhşur kinematoqrafçılardan dəyərli tövsiyələr alıb, öz ssenarini peşəkarlar tyutorla formalaşdırmaq istəyirsənsə - bu mövsüm sənin üçündür!

 

İNTERACT Online haqqında qısa xatırlatma:

İNTERACT Online proqramının əsası 2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Debüt” Film Studiyası tərəfindən qoyulub. Bu, İNTERACT LAB tədris layihəsinin çərçivəsində həyata keçirilən onlayn tədris və təlim proqramıdır. İNTERACT ONLINE elektron platforması gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn master-klasslar və vorkşoplar vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir.

 

Bu mövsümdə iştirakçıları hansı yeniliklər gözləyir?

Proqram 3 mərhələdən (may, iyul və oktyabr ayları) ibarətdir.

Proqrama Oskar, Kann, BAFTA və Emmi mükafatlı filmmeykerlərin keçirəcəyi master klasslarla yanaşı, peşəkar tyutor tərəfindən keçirilən ssenari üzrə vorkşop da əlavə olunub.

Vorkşopu keçirəcək tyutor Gülengül Altıntaş Münxen Lüdviq-Maksimillian Universitetində (Almaniya)  magistrlər üçün ssenari yazılması dərsini tədris edir. ABŞ-da – Kaliforniya Los Anceles Universitetində (UCLA) "Əyləncəvi media üçün kontentin yaradılması" sertifikasiya proqramında, Nyu York Tiş incəsənət məktəbi (New York Tisch School of the Arts) və Macarıstan Film Akademiyasının ssenari yazılması üzrə vorkşoplarında iştirak edib.

Vorkşop 3 mərhələdən ibarətdir. Seçilmiş iştirakçılar öz qısametrajlı film ideyası, mövcüd olan loqlayn və qısa sinopsislə qatılacaqlar. Hər mərhələdə ideyalarını inkişaf etdirərək, vorkşopun sonunda ssenarilərini formalaşdıracaqlar.

May ayında keçəcək ilk mərhələdə master klass keçəcək qonağımız Oskar, Kann və BAFTA mükafatlı ssenarist Kristofer Hempton olacaq. Dünyanın ən önəmli dramaturqlarından biri olan Hemptonun filmoqrafiyasında “Ali and Nino”, “Dangerous Liaisons”, “Atonement”, “Father” və özünün həm də rejissoru olduğu “Carrington” kimi filmlər var. Onun “Father” filmi 2021-ci ilin Oskar mükafatına namizəddir.

İyul ayında ikinci mərhələnin qonağı Kann kinofestivalında “Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə “Qızıl palma budağı” mükafatını qazanan Sameh Alaa olacaq. Qahirədən Parisə, oradan isə Kanna gedən uğur yolu onu master klass üçün ideal rejissora çevirir.

Oktyabrda keçiriləcək son master klassın qonağı Oskar mükafatına namizəd olan və Emmi mükafatını qazanan Henri Hyuz olacaq. “Day One” və “Terp” filmləri ilə ən çox tanınan bir ssenarist və rejissordur. “Outpost” filmində isə prodüser və aktyor kimi çıxış edib. Henri Hyuz ssenari sənəti ilə bağlı öz təcrübəsini bölüşəcək.

 

Proqrama necə qatılmaq olar?

  • Master klasslara qatılmaq ödənişsiz və sərbəstdir. İştirakçı limiti yoxdur.
  • Qeydiyyat formasını doldurmaqla master klasslara qatıla bilərsiniz.
  • Vorkşopa qatılmaq üçün loqlayn və sinopsisdən ibarət olan yazılı ideya tələb olunur. Nümunə şəklində yazdığınız hazır ssenarilər (və ya hekayə, pyes, şeir) də əlavə olunmalıdır.
  • Vorkşopa qatılacaq iştirakçı limiti 10 nəfərdir.

 

Müraciətlər cari ilin 10 may tarixinədək qəbul olunur.

İlk mərhələ 13 may 2021-ci il tarixində Kristofer Hemptonun master klassı ilə başlayacaq. Mayın 14, 15, 16-da isə vorkşopun ilk mərhələsi keçiriləcək.

Ssenari bacarıqlarını təkmilləşdir, ideyadan ssenariyə aparan yolu bizimlə bir keç!

Qeydiyyat üçün keçid al: https://debutfilms.az/interact

“Debüt” film studiyası 1987-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, rejissor Eldar Quliyev tərəfindən əsası qoyulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yerləşən “Debüt” film studiyası qısa və tammetrajlı debüt filmlərinin çəkilişi, həmçinin kinematoqrafçılar üçün təhsil proqramları və Azərbaycan istehsalı olan audiovizual məhsulların beynəlxalq bazarda təbliğini reallaşdırır.

Studiya haqqında daha ətraflı: http://debutfilms.az/

Həmçinin sosial mediada:

İnstagram: https://www.instagram.com/debutfilms/

Telegram: https://t.me/debutfilms

Facebook: https://www.facebook.com/debutfilms.az/

Twitter: https://twitter.com/debutfilms

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb